Ata evdən qaçan qızını öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
    • 7-09-2022, 17:05
    • 4 165

Ata evdən qaçan qızını öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunub, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.



***

16:40


Abşeronda qətl hadisəsi olub.

News24.az "Lent.az"-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayevanı atası Nazim Əliyev qətlə yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A. Abdullayeva sentyabrın 2-də Ağsuda yaşadığı evdən çıxaraq itkin düşüb.