Ali təhsil sahəsinin strateji istiqamətləri müəyyən ediləcək
    • 8-09-2022, 10:52
    • 201

Ali təhsil sahəsinin strateji istiqamətləri müəyyən ediləcək

“Sentyabr ayının 13-də universitet rektorlarının iştirakı ilə işçi qrupu səviyyəsində görüş keçiriləcək”.

News24.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, həmin görüşdə universitetlər üçün hazırlanan strateji fəaliyyət istiqamətləri təqdim ediləcək: "Daha sonra kolleclərlə dəyirmi masaların təşkili nəzərdə tutulur".