Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb
    • 30-09-2020, 17:19
    • 1 319

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

"Hazırda ali təhsil müəssisələrində internetlə bağlı problem olduğu üçün çətinliklər yaşayırıq".

News24.az
xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, univesitetlərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb: "Plana uyğun olaraq, bu təqvim ilinin sonuna qədər distant təhsilin verilməsi nəzərdə tutulur. Bu il tələbə adını qazananlar oktyabrın 1-dən etibarən ali təhsil müəssisələrində müraciət edə bilərlər. Onların ali təhsil məsələləri ilə tanışlığı təmin ediləcək".