Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərdi - FOTO
    • 8-09-2022, 12:51
    • 328

Fransa Azərbaycana minatəmizləmə üçün xüsusi alətlər göndərdi - FOTO

Fransa Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti göndərib.

News24.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter“də bildirib.

“Ötən həftə Fransa ANAMA-ya Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətini sürətləndirməyə kömək edəcək 300-dən çox yüksək keyfiyyətli minalardan təmizləmə aləti çatdırıb”, - diplomat qeyd edib.