Azərbaycanda şok hadisə - Dövlətə məxsus AA seriyalı avtomobil qaçırılıb
    • 9-09-2022, 14:10
    • 1 807

Azərbaycanda şok hadisə - Dövlətə məxsus AA seriyalı avtomobil qaçırılıb

Mingəçevirdə avtomobil oğurluğu ilə məşğul olan şəxs tutulub.

News24.az-ın məlumatına görə, şəhər ərazisində 4 avtomobili qaçıran 1985-ci il təvəllüdlü Ceyhun Bağırova Cinayət Məcəlləsinin 185-ci (Talama məqsədi olmadan avtomobil qaçırma) və 177-ci (Oğurluq) maddələri ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Ceyhun ötən il ərzində Mingəçevirdə müxtəlif şəxslərə məxsus 4 minik avtomobilini qaçırıb. Həmin avtomobillər arasında “Azərişıq” ASC-nin Enerji Təhcizatı və Satışı İdarəsinin balansında olan “VAZ 2106” maraklı, AA seriyalı avtomobil də olub.

Bundan başqa Ceyhun Xırdalan şəhəri Qalubiyyə küçəsində yerləşən parkdakı avtomobili içərisindəki əşyalarla qaçıraraq Mingəçevirə aparıb və 6 min manatdan çox dəyəri olan əmlakı 1000 manata satıb. O, avtomobili Mingəçevirə apararkən yolda DYP-nin kameralarına düşüb.
Bundan sonra Ceyhunun yeri müəyyən edilərək saxlanılıb. 

Mingəçevir Şəhər Məhkəməsi ona 3 il həbs cəzası verib.