Azərbaycanda polisin avtomobilini qaçıran şəxs tutuldu - CİNAYƏT İŞİ AÇILDI
    • 24-05-2022, 10:20
    • 443

Azərbaycanda polisin avtomobilini qaçıran şəxs tutuldu - CİNAYƏT İŞİ AÇILDI

Xaçmazda polis əməkdaşının avtomobilini qaçıran şəxsə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, hadisə ötən il 10 noyabr tarixində Xaçmaz şəhərində baş verib. Belə ki, Quba rayon Söhüb kəndində anadan olan və Xaçmazda yaşayan 1987-ci il təvəllüdlü Z.Z həmin gün gecə saat 1 radələrində Heydər Əliyev prospektində - Xaçmaz rayon Polis Şöbəsi və rayon qaz idarəsinin arasında park edilmiş “VAZ 2106” markalı avtomobili sərxoş halda qaçırıb. Belə ki, sərxoş şəxs əvvəlcə maşının ön qapısını açmağa çalışsa da, buna nail ola bilməyib. O daha sonra avtomobilin arxa qapısını açaraq salona daxil olub və sükan arxasına əyləşərək maşını yaşadığı evə doğru hərəkət etdirib.

Noyabrın 10-da avtomobilin sahibi olan Xaçmaz rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bğlüyünün əməkdaşı – polis serjantı N.Ş avtomobilin qaçırıldığını görərək raport yazıb. Bundan sonra Cinayə Məcəlləsinin 185.1-ci (Talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə iş açılıb.

Xaçmaz rayon Məhkəməsində cinayət işinə baxılıb. Məhkəmə polisin avtomobilini qaçıran şəxsin 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə və ona elektron nəzarət cihazının tətbiq edilməsinə qərar verib.

Elektron qolbaq taxılan Z.Z azadlıqda qalıb.