Bu gün neçə nəfər peyvənd olunub?
    • 9-09-2022, 16:36
    • 301

Bu gün neçə nəfər peyvənd olunub?

Azərbaycanda son gündə koronavirus əleyhinə 1356 vaksin vurulub.

Bu barədə News24.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 704, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir.

Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 870 922 təşkil edir.