İstanbulda dəhşətli qəza: xəsarət alanların sayı 85-ə çatdı - VİDEO/YENİLƏNİB
    • 10-09-2022, 00:10
    • 476

İstanbulda dəhşətli qəza: xəsarət alanların sayı 85-ə çatdı - VİDEO/YENİLƏNİB

İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanların sayı 85-ə yüksəlib.

News24.az xəbər verir ki, bu barədə İETT-İstanbul Elektrik Tramvay və Tunel İdarələrindən açıqlama verilib.

Bildirilib ki, xəsarət alan sərnişinlərin müalicəsi davam edir və sağlamlıq vəziyyətləri yaxından izlənilir.

Xatırladaq ki, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən dörd metrobusun toqquşması nəticəsində baş verib. Hadisə şəhərin Avcılar bölgəsində meydana gəlib. Qəza ilə bağlı metrobus səfərləri müvəqqəti dayandırılıb.

23.45

İstanbulda sərnişin nəqliyyat vasitələrinin toqquşması nəticəsində 42 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

News24.az xəbər verir ki, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən metrobusların toqquşması nəticəsində baş verib. Şəhərin Avcılar bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Ali Yerlikaya yaralıların yaxın xəstəxanalara çatdırıldıqlarını bildirib.