Şirvan Şəhər Polis Şöbəsində yeni kadr təyinatı oldu
    • 11-09-2022, 14:38
    • 319

Şirvan Şəhər Polis Şöbəsində yeni kadr təyinatı oldu

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

News24.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Nahid Bağırlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsinin rəisi təyin edilib. /Report/