Şirvan polis şöbəsinə rəis müavini təyin edildi
    • 5-04-2021, 10:48
    • 414

Şirvan polis şöbəsinə rəis müavini təyin edildi

Şirvan Şəhər Polis Şöbəsində (ŞPŞ) yeni kadr təyinatı olub.

News24.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Ramil Salayev Şirvan ŞPŞ-nin əməliyyat işləri üzrə rəis müavin təyin olunub.

Qeyd edək, ki, R.Salayaev bu təyinata qədər Şirvan ŞPŞ-nin istintaq bölməsinin rəisi vəzifəsində çalışıb.