-
- 27-12-2018, 10:38
- 1 122
Nazilə "bir nəfərin torbasını tikirəm" dedi - Səmra da "Maşın"dan Xoseni çıxartdı - VİDEO
Ötən gün "Maşın Şou"nu daha bir iştirakçı tərk etdi.
Şounu tərk edən Xose Bernardo Səmra Rəhimlinin seçimi oldu. Tribunaya çıxan Səmra səs istədikdən sonra hədəfinin adını sona qədər açıqlamadı. Amma Sərxan Kərəmoğlu və Xəyalə Quliyevanı çıxartmayacağı əvvəldən bəlli idi. Çünki Sərxana ümumilikdə bütün iştirakçılar söz vermişdilər ki, hansı tribunaya çıxsa ona toxunmayacaq. Xəyaləyə gəldikdə isə, şouda Səmradan əlavə qalan yeganə xanım iştirakçı olduğu üçün Səmra onu çıxartmayacağını əvvəldən bəlli etmişdi. Ranar da çox narahat deyildi əslində. Sanki əvvəlcədən Səmranın ona toxunmayacağını bilirdi. Xoseyə gəldikdə, o da çox əmin idi ki, Səmranın hədəfi deyil. Hətta yenə də taktika işlədib, buraxılış boyunca Səmranı monipulyasiya etməyə çalışsa da alınmadı.
Əslində Səmranı bu günə qədər iştirakçılar arasında strajei baxımdan ən məntiqli və doğru oyun oynayan iştirakçı hesab etmək olar. Əvvəla kimsəni incitmədi, təhqir etmədi. Seçiminin Xose olduğuna gəlincə, onu çıxartmağının məntiqli açıqlaması oldu - final üçün güclü rəqib olduğu üçün, seçimi Xose oldu. Beləcə, Səmranın seçimi ilə Xose üçün maşın əldən getdi.
Lakin maraqlı bir məqam var. Şou efirdə yayımlanarkən şairə Nazilə Səfərli instagram hesabından canlı yayım açaraq, hər kəsdən Səmra üçün səs istədi. Şairənin canlı yayımda "bir nəfərin torbasını tikirəm" deməsi maraq doğurdu və təbii ki, o dəqiqə ağıllara Xoseni gətirdi. Çünki Xose şou zamanı şairəyə qarşı oyun oynadığı üçün Səfərli oyun həmkarına qıcıq qalmışdı. Dünən isə təsadüfmü ya zərurət, Səmra oyundan iştirakçıların öz dilləri ilə desək, Xoseni "paketlədi". Onun bu seçiminə Nazilə Səfərlinin nə dərəcədə təsiri olub, olmadığı isə vacib deyil. Vacib olan, Səmranın Xoseni seçməsinin məntiqli şəkildə səciyyələndirməsi idi ki, "Maşın"ın kuklası bunu gözəl bacardı.
Azər NƏSİBOV