Kərbəlada azərbaycanlı zəvvar vəfat edib
    • 12-09-2022, 16:24
    • 308

Kərbəlada azərbaycanlı zəvvar vəfat edib

İraqın Kərbəla şəhərində ziyarətdə olan azərbaycanlı zəvvar Etibar Həsənov (Kərbəlayi Etibar) vəfat edib.

News24.az Ərbəin ziyarətində olan zəvvar Kərbəlada məsciddə ibadət edərkən səhhəti qəfil pisləşib və orada dünyasını dəyişib. 

Onun cənazəsi ötən gün İraqdan Bakıya gətirilib və Şüvəlan qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, vəfat edən şəxs "Əhli-beyt məddahı" kimi tanınan Kərbəlayi Rza Həsənlinin atasıdır.