Havada toz dumanı müşahidə edilir
    • 13-09-2022, 09:48
    • 238

Havada toz dumanı müşahidə edilir

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova News24.az-a bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir.

O qeyd edib ki, dispers toz hissəcikləri Nizami rayonunda 1.2, Səbail rayonunda 1.1 dəfə normadan yüksək qeydə alınıb: "Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti gün ərzində davam edəcək".