15.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı
    • 13-09-2022, 10:43
    • 194

15.500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanıldı

DİN-in Baş Cinayət Axtarışı, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı idarələri və Qaradağ RPİ-nin 11-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qobustan qəsəbəsindəki 4 evdən ümumilikdə 8.000 manat pul, 15.500 manat dəyərində qızıl-zinət əşyaları və kompyuter oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Rzayev, Firdovsi Zahidov və Elməddin Qarayev müəyyən olunaraq saxlanılıblar. 

Araşdırma aparılır.