Bakıda evlərdən 25 min manatlıq oğurluq edən şəxslər tutuldu
    • 7-12-2021, 14:05
    • 446

Bakıda evlərdən 25 min manatlıq oğurluq edən şəxslər tutuldu

Bakıda mənzillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-dən 8-dək olan müddətdə rayon ərazisindəki bir evdən 8500 manat dəyərində spirtli içki, qızıl-zinət, geyim və məişət əşyaları, bir evdən isə 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Astara rayon sakini Q.Məhərrəmov və Biləsuvar rayon sakini Ş.Vahablı saxlanılıblar.

Q.Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2 evdən 2500 manat pul və 3550 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib. Ş.Vahablının ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş T.Həsənovla birgə rayon ərazisindəki 3 evdən ümumilikdə 1100 manat pul və 8700 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində T.Həsənov da saxlanılıb.