Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi
    • 13-09-2022, 16:06
    • 368

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin edildi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.

News24.az xəbər verir ki, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmrilə bu vəzifəni Hikmət Nağıyev icra edəcək. Bundan əlavə o, Cərrahiyyə xidmətləri üzrə direktor müavini təyin edilib.

Qeyd edək ki, H. Nağıyev 2001-ci ildən bugünədək Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar cərrahı kimi işləyib. Son 6 ildə xəstəxananın ürək-damar xəstəlikləri şöbəsinin müdiri vəzifəsini icra edib, tibb elmləri üzrə fəlsəfə doktorudur.