Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub
    • 15-09-2022, 09:30
    • 419

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

Müdafiə Nazirliyindən News24.az-a verilən məlumata görə, Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının  qətiyyətlə alındığını bildirib.

H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daima Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb.

Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.