Ölkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub - DİN
    • 15-09-2022, 10:34
    • 246

Ölkə ərazisində qeydə alınan 98 cinayətin açılması təmin olunub - DİN

Sentyabrın 14-də ölkə ərazisində qeydə alınan 98, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 52, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.