Payız əkin mövsümü ilə əlaqədar hazırlıqlar davam edir
    • 15-09-2022, 10:37
    • 313

Payız əkin mövsümü ilə əlaqədar hazırlıqlar davam edir

Payız ağac əkini mövsümü ilə əlaqədar ölkə ərazisinin meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən bugünədək ümumilikdə 400 hektar ərazidə hazırlıq işləri aparılıb.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev News24.az-a bildirib ki, Ağcabədi rayonunun 97, Bərdə rayonunun 83, Sabirabad rayonunun 90, Zaqatala rayonunun 34, Şəki rayonunun 14.5, Qəbələ rayonunun 18, Quba rayonunun 35, Tovuz rayonunun 10, Şəmkir rayonunun 10, Şamaxı rayonunun 6.5, Şabran rayonunun 2 hektar meşə fondu ərazisində hazırlıq işləri başa çatıb.

“Payız əkin planına uyğun olaraq həmin rayonların meşə sahələrində bölgənin torpaq-iqlim şəraitinə uyğun meşə təsərrüfatlarının tinglik sahələrində yetişdirilmiş palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş, akasiya kimi müxtəlifcinsli ağaclar əkiləcək və toxumlar səpiləcək”, - deyə V.Fərzəliyev əlavə edib.