Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu - FOTO
    • 15-09-2022, 10:55
    • 4 851

Ermənilərə dəstək verən müğənninin Bakı konserti ləğv olundu - FOTO

Dekabrın 10-da "Bakı Konqres Mərkəz"ində konsert proqramı ilə çıxış edəcəyi gözlənilən Ukraynanın məşhur pop ulduzu Maks Barskix ermənilərin Azərbaycana qarşı sərhəddə törətdiyi təxribatlarda Ermənistana tərəf çıxıb.  

News24.az "bizim media"-ya istinadən xəbər verir ki, sənətçi erməni jurnalisti Mher Baghdasaryanın ölkəsi ilə bağlı yazdığı postu "Instagram" hesabının "Hekayə" bölməsində "repost" edərək, bu addımı ilə Ermənistanı dəstəkləyib. 

Onun bu addımı isə azərbaycanlı izləyicilər tərəfindən qəzəblə qarşılanıb. Onlar ifaçının Bakıdakı konsertini ləvğ etməsini və Azərbaycandan üzr istəməsini tələb ediblər.