Sılanın Bakı konsertöncəsi xüsusi istəyi
    • 26-12-2018, 15:25
    • 1 124

Sılanın Bakı konsertöncəsi xüsusi istəyi

Xəbər verdiyimiz kimi, dekabrın 29-u məşhur türk müğənnisi Sılanın paytaxt Bakıda konserti olacaq.

"Liatris Holding"in təşəbbüsü, "Kevents Group"un təşkilatçılığı ilə konsert Bakı Konqres Mərkəzində baş tutacaq.

İlk dəfə Azərbaycanda solo konsert verəcək müğənninin gəlişi konsertdən 1 gün əvvələ təsadüf edəcək. Sıla xüsusi istəyi ilə Bakıya konsertöncəsi gəlməklə paytaxtımızı gəzmək niyyətindədir. Onun bu istəyini nəzərə alan təşkilatçılar dekabrın 28-i sənətçi üçün gəzinti təşkil edəcək, gəzinti çərçivəsində onu Bakının maraqlı məkanları, eləcə də dünyaca məşhur olan milli mətbəximizlə tanış edəcəklər. 

News24.Az