-
- 15-09-2022, 11:35
- 349
MİDA hansı sürprizləri hazırlayıb?- EKSPERT
MİDA bugün güzəştli mənzillərin növbəti onlayn satışını keçirəcək.
News24.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
“Düzü, mən gözləyirdim ki, mövcud situasiya ilə bağlı onlayn satış təxirə salınacaq, hansı ki bu, məntiqli və ağlabatan olardı. Məlum olduğu kimi, sonuncu onlayn satışın nəticələri DTX -nın araşdırmalarının nəticəsi olaraq ləğv edilib. Bir neçə şəxs "Güzəştli mənzil" sisteminə "qanunsuz müdaxilə" ittihamı ilə məsuliyyətə cəlb edilib.
15 avqust tarixində MİDA növbəti satışa hazırlıqla bağlı DEMO versiyanı istifadəyə verib. "Güzəştli mənzil" sistemində ciddi təkmilləşdirmə işlərinin aparıldığı bildirilir. Lakin ötən səhvlərin təkrarlanmaması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı konkret hansı addımların atıldığını MİDA hələlik açıqlamayıb. Botlar və robotlardan istifadə yenə də mümkün olacaqmı ?
Hələlik MİDA yalnız, "seçim prosesində əlavə təhlükəsizlik tədbirləri" nin görülməsi haqqında məlumat yayıb. Güman ki, bunun nədən ibarət olduğunu ilk növbədə onlayn satışda mənzil seçimi edənlər biləcəklər. Bir neçə dövlət qurumunun və özəl sektorun nümayəndələri prosesdə iştirak edəcəklər.
Bu dəfə MİDA bizi də yenidən onlayn satış prosesini müşahidə etməyə dəvət edib . Bildiyim qədər yenə də sosial media və TV -də canlı yayım olmayacaq. Onlayn satışda uğur qazanmaq üçün hansı məqamlara diqqət yetirməklə bağlı yazını yenidən paylaşıram. MİDA özü də bu haqda bu gün açıqlama verib”.