-
- 15-09-2022, 17:52
- 448
MİDA qalmaqalına ekspertlərdən SƏRT ETİRAZ
“Əgər bir qurumun sosial proyektinin ətrafında müəyyən narazılıq və ajiotaj yaranıbsa, bununla bağlı neqativ hallar mövcuddursa, hətta həbslər də varsa, əminlik yaradılması, nüfuzun bərpa edilməsi, prosesə inamın bərpası üçün müəyyən addımlar atılmalıdır. Əgər bu sosial layihədirsə, elə şərait yaradılmalıdır ki, ehtiyacı olanlar bu hüquqdan istifadə etsin. Sosial proyekt dövlətin müvafiq qurumların qarşısına qoyduğu tələb kimi sosial istiqamətdə aparılmalıdır və vətəndaşların bu prosesdə hüquqları pozulmamalıdır”.
Bu barədə News24.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, “Vecon Consulting” şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, sonuncu onlayn satış zamanı baş verənlər mövcud quruma olan inamı kölgədə qoyub: “Vətəndaşlara şərait yaradılır ki, kim daha tez müraciət edirsə, o mənzil əldə edə bilsin. Burada müəyyən qədər anlaşılmazlıq yaranır və təbii ki, vətəndaşlar da prosesdə uduşlu ola bilsin deyə kibermüdaxiləni həyata keçirmək istəyən dəllallara müraciət edir”.
Ekspert görülməli işlərdən də danışıb. Qeyd edib ki, belə halların yenidən yaşanmaması üçün MİDA tədbirlər həyata keçirməlidir: “Ötən onlayn satış zamanı yaranan səhvlərin təkrarlanmaması, təhlükəsizliyin gücləndirilməsi ilə bağlı sözügedən qurum bir sıra addımlar atmalıdır. Bunu ötən satış prosesi zamanı da təklif etmişdik. Satış prosesinə ictimai nəzarət təmin olunmalıdır. Müəyyən növbəlilik sistemi yaradılmalıdır. Konkret olaraq mənzil üçün müraciət edən vətəndaşların siyahısı hazırlanmalıdır. Prosesdə müraciət edən vətəndaşlar onlayn müraciətlə yox, növbəlilik prinsipi ilə mənzilə sahib olmalıdır. Eyni zamanda obyektiv qiymətləndirmə də mümkün olamlıdır ki, ayrı-ayrı maraq müdaxilələri olmasın. Problemləri aradan qaldırmaq üçün müəyyən standartlar müəyyənləşdirilə bilər, xüsusi proqram hazırlana bilər. Həmin proqram datalar üzrə müəyyən edə bilər ki, müraciət edən vətəndaşlardan hansının daha çox mənzilə ehtiyacı var. Ayrı-ayrı ictimaiyyət nümayəndələri, qurumlar da nəzarət etməlidir ki, birdə belə hallar yaşanmasın. Atılmalı addımlardan biri də təhlükəsizliyin və ədalətliliyin təmin olunması üçün hansı tədbirlərin həyata keçirildiyini ictimaiyyətlə bölüşməkdir. MİDA-da ictimai şura yaxud vətəndaşların narazılıqlarını araşdırmaq üçün ictimai komissiya yaradıla bilər. Qurum rəhbərləri mütəmadi olaraq görülən işlərlə bağlı açıqlama verməlidir. Tədbirlər görülməlidir ki, sosial layihə nəticəli olsun. Prosesdə iştirak üçün əminlik yaradılmalıdır”.
Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə əlavə edib ki, informasiya texnologiyaları sahəsində ciddi sistemin qurulmasına ehtiyac var: “Belə hesab edirəm ki, informasiya texnologiyaları sahəsində sistem yaradılmalıdır. Hətta deyərdim ki, bu sistem MİDA tərəfindən yox, satışda maraqlı olmayan, ayrı, müstəqil qurum tərəfindən yaradılsa, daha məqsədə uyğun olar. Doğrudur, indiyə qədər neqativ hallar müşahidə olunub. Bunun qarşısının alınması bəlkə də MİDA-nın imkanları xaricindədir. Belə hesab edirəm ki, əlaqədar qurumlarda MİDA-ya dəstək olsa, bu kimi hallar yaşanmaz”.
Qeyd edək ki, MİDA bugün də Asan Login sisteminin çökməsi səbəbindən güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirə bilmədi.
Bundan öncəki onlayn satışın nəticələri DTX -nın araşdırmalarının nəticəsi olaraq ləğv edilmişdi.
Qumral Əliyeva