Blinken: ABŞ Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiqdir
    • 16-09-2022, 00:15
    • 416

Blinken: ABŞ Qafqaz üçün dinc gələcəyin təşviqinə sadiqdir

Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq.

News24.az-ın xəbərinə görə, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken "Twitter" hesabındakı paylaşımında qeyd edib.

“Biz Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılmasını alqışlayırıq və onu möhkəmləndirmək üçün tərəflərlə işləməyə davam edəcəyik. Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün dinc və firavan gələcəyin təşviq edilməsinə sadiqdir”, - deyə Blinken qeyd edib.