-
- 16-09-2022, 17:28
- 385
Vəkil Elçin Sadıqov aclıq aksiyasına başladı
Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqovun şikayətinə baxılıb.
News24.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə baş tutan prosesdə Elçin Sadıqovun vəkilləri çıxış ediblər, daha sonra özü danışıb. Onlar həbs qətimkan tədbirinin ləğv olunmasını istəyiblər.
Vəkil İradə Cavadova məhkəmə iclasından sonra jurnalistlərə bildirib ki, Elçin Sadıqov məhkəmədə aclıq aksiyasına başladığını elan edib. O, E.Sadıqovun həbs edildiyi gündən aclığa başladığını əlavə edib.
Növbəti proses sentyabrın 17-də olacaq.
Qeyd edək ki, Elçin Sadıqov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.