Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralandı
    • 18-09-2022, 14:40
    • 1 026

Hacıqabulda avtomobil yoldan çıxaraq aşıb, ana və iki uşaq yaralandı

Hacıqabulda qadın sürücü qəza törədib.

News24.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayonunun Bayramlı kənd sakini, 1988-ci il təvəllüdlü Cəfərova Gülbəniz Təvəkkül qızı idarə etdiyi “Nissan Tiida” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü qadın və onun azyaşlı 2 uşağı xəsarət alaraq Şirvan xəstəxanasına çatdırılıb.

Uşaqlar ambulator yardım alsalar da ana müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.