Kraliça II Elizabetin dəfn mərasimi başladı -CANLI YAYIM
    • 19-09-2022, 14:13
    • 253

Kraliça II Elizabetin dəfn mərasimi başladı -CANLI YAYIM

Kraliça II Elizabetin dəfn mərasimi başlayıb.

News24.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Westminster Abbey” kilsəsində keçirilən dəfn mərasimi Britaniya saatı ilə saat 11:00-da başlayıb.

Dəfn mərasiminə ABŞ prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Yeni Zellandiyanın Baş naziri Casinda Ardern, Kanadanın Baş naziri Castin Trudo və bir çox dünya lideri iştirak edir.

Kilsədəki mərasimdən sonra kraliçanın cənazəsi kral ailəsinin üzvlərinin də iştirak etdiyi yürüşlə “Wellington Arch”a ilə daşınacaq. Bakı vaxtı ilə saat 22:30-da kraliça II Elizabet əri, Edinburq hersoqu Filipp və bacısı şahzadə Marqaretin də uyuduğu Vindzor sarayında dəfn ediləcək.

Qeyd edək ki, yürüşü izləmək üçün minlərlə insan bir neçə saat əvvəldən London küçələrində toplanmağa başlayıb.