-
- 19-09-2022, 16:53
- 454
“Azarkeşləri sevindirəcəyik” - Emin Mahmudov
Qarşıda bizi iki çətin oyun gözləyir. Oyunlara maksimum nəticə və yüksək motivasiya ilə çıxacağıq. Məqsədimiz təbii ki, qələbədir
News24.az xəbər verir ki, bu sözləri "Neftçi"nin kapitanı və Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emin Mahmudov deyib:
Təcrübəli futbolçu UEFA Millətlər Liqasındakı oyunlar barəsində bunları deyib:
"Bildiyiniz kimi qrupun son iki oyundur. İlk oyun Slovakiya milli komandasına qarşı olacaq. Rəqibin yaxşı oturmuş heyəti var, xüsusən də ev oyunlarında yaxşı çıxış edirlər. Bu da bizi daha diqqətli olmağa vadar edir. Biz də bu məsuliyyəti yaxşı anlayırıq, meydana yalnız qələbə üçün çıxacağıq. Futbolçularımız da çox istəklidir, ümumiyyətlə motivasiya baxımdan heç bir problemimiz olmayacaq".
E.Mahmudov Qazaxıstan oyunu barəsində də danışıb:
"Bəli, son oyunumuz doğma divarlar arasında baş tutacaq. Qazaxıstanın yaxşı oyunçular var. Amma son oyunun evdə olması bizə əlavə motivasiya verəcək. Hər iki oyunda vuruşub, çalışıb qalib gəlmək istəyirik. Gözəl bilirik ki, azarkeşlər bizdən qələbə gözləyir. İnşallah qəlib gələrək azarkeşlərimizi sevindirəcəyik".
Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasında sentyabrın 22-də Trnava şəhərində Slovakiyanın qonağı olacaq. Yığmamız 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.