-
- 20-09-2022, 10:04
- 301
Havada toz dumanı müşahidə edilir
Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, bu gün Bakıda və Abşeron yarımadasında zəif tozlu hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova News24.az-a bildirib ki, dispers toz hissəcikləri Səbail rayonunda 1,1 dəfə normadan yüksək qeydə alınıb.
“Sinoptik vəziyyətə və eyni zamanda toz proqnoz modellərinə əsasən, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir və gün ərzində davam edəcəyi gözlənilir”, - o əlavə edib.