Vilayət Eyvazovdan yeni TƏYİNAT
    • 20-09-2022, 10:13
    • 201

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

News24.az "Report"-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.