Qaçqın məktəbləri BAĞLANIR? - RƏSMİ AÇIQLAMA
    • 20-09-2022, 14:09
    • 557

Qaçqın məktəbləri BAĞLANIR? - RƏSMİ AÇIQLAMA

Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan orta təhsil müəssisələrinin bağlanacağı ilə bağlı müəllimlər tərəfindən məlumat saytımıza daxil olub. 

Xüsusilə, Füzuli rayon 55 nömrəli tam orta məktəblə bağlı bu iddia irəli sürülüb. Bildirilib ki, 10-cu və 1-ci siniflərə şagird qəbulu dayandırılıb.  Məlumatda qeyd olunur ki, Regional Təhsil İdarələrinin rəsmiləri müəllimlərə teziklə bütün qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan orta təhsil müəssisələrinin bağlanacağını deyiblər. 

News24.az-ın əməkdaşı məsələ ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxlayıb.

O saytımıza açıqlamasında məlumatı təkzib edib: “Yanlış xəbərdir, elə şey yoxdur”.