Dərslər onlayn başlayacaq?
    • 16-09-2021, 16:43
    • 396

Dərslər onlayn başlayacaq?

Saytımıza daxil olan məlumata görə, bəzi məktəblərə dərslərə sentyabrın 22-sindən onlayn qaydada başlamaq haqda göstəriş verilib, 28-dən sonra isə məsələyə bir də baxılacaq.

Deyilənləri aydınlaşdırmaq üçün Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovla əlaqə saxladıq.

O, News24.az-a açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Cənab nazir dərslərin hansı formada başlayacağı ilə bağlı açıqlama verib. Bundan əlavə söz deməyə ehtiyac yoxdur".