Marketə gedərkən öldülər – Azərbaycanda dəhşətli hadisənin təfərrüatı
    • 20-09-2022, 16:57
    • 263

Marketə gedərkən öldülər – Azərbaycanda dəhşətli hadisənin təfərrüatı

Dünən axşam saatlarında Göyçay rayonunda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasının təfərrüatları məlum olub.

News24.az-ın məlumatına görə, saat 18 radələrində Göyçay-Ucar yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayaraq daş hasara çırpılan “VAZ 2106” markalı avtomobildəki şəxslər axşam saatlarında marketə gedirmiş.

Belə ki, Xəlitli kənd sakini, 1984-cü il təvəllüdlü Elton Qasımov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobillə, uzaq qohumu, 2009-cu il təvəllüdlü Murad İbrahimovla birgə alış-veriş üçün marketə yola düşüb.

Şose yoluna çıxdıqdan sonra avtomobil sürətlə hərəkətdə olarkən sürücünün idarəetməsindən çıxıb. Nəticədə E.Qasımovun sürdüyü maşın hasara çırpılıb. O və 8-ci sinif şagirdi olan sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

İlkin məlumatda Muradın yol kənarında oturduğu vaxt maşının gəlib ona çırpıldığı bildirilib. Lakin sonradan 13 yaşlı oğlanın da avtomobildə olduğu məlum olub. 

Hazırda faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qəzaya yüksək sürətin və sürücünün sərxoş vəziyyətdə olmasının səbəb olduğu bildirilir.