-
- 16-11-2020, 10:20
- 552
Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı
Ucarda ölümlə nəticələnən qəza baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunu Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi "TİR" toqquşub. Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.