Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü
    • 20-09-2022, 18:00
    • 400

Əli Əhmədov Belarusun Azərbaycandakı səfiri ilə görüşdü

Baş nazirin müavini, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Əli Əhmədov sentyabrın 20-də Belarusun ölkəmizdəki səfiri Andrey Ravkov ilə görüşüb.

Bu barədə News24.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Azərbaycan-Belarus dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.

Həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.