-
- 20-09-2022, 20:09
- 357
Qida çatışmazlığı səbəbindən hər dörd saniyədə bir nəfər ölür
Qida çatışmazlığı səbəbindən hər dörd saniyədə bir nəfər ölür.
News24.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edən dünya liderlərini ərzaq böhranının qarşısını ala biləcək tədbirlər görməyə çağıran 75 ölkədən olan 238 qeyri-hökumət təşkilatı bəyan ediblər.
Qeyri-hökumət təşkilatları Nyu-Yorkda sessiyada iştirak edən dünya liderlərinə və dövlət başçılarına ünvanladıqları açıq məktubda aclıq çəkənlərin sayının kəskin artmasından hiddətləndiklərini bildirir və dünya liderlərindən qlobal ərzaq böhranının dayandırılmasına dair tövsiyələr vermələrini tələb edirlər.
Qeyd olunur ki, hazırda dünyada 345 milyon nəfər kəskin aclıqdan əziyyət çəkir və bu rəqəm 2019-cu ildən bəri azı iki dəfə artıb. “Yolverilməz haldır ki, bu gün mövcud olan bütün kənd təsərrüfatı texnologiyaları ilə yanaşı biz XXI əsrdə hələ də aclıqdan danışırıq”, - deyə Yəməndən olan QHT nümayəndəsi Mohanna Əhməd Əli Əlcabali bildirib.