Ötən gün 80 cinayətin üstü açılıb
    • 21-09-2022, 10:26
    • 240

Ötən gün 80 cinayətin üstü açılıb

Sentyabrın  20-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb.