-
- 20-07-2018, 10:37
- 1 315
3 yaşlı uşaq pəncərədən yıxılaraq ölüb- Valideyn səhlənkarlığına görə cinayət işi başladıldı
Bakıda 3 yaşlı uşaq 6-cı mərtəbədən düşərək ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, valideyn diqqətsizliyi və səhlənkarlığı ucbatından iyulun 19-da saat 12 radələrində paytaxtın Qaradağ rayonunda 2015-ci il təvəllüdlü Quliyeva Aytac Eşqin qızının yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Prokurorluq ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmağı tövsiyə edib.