Mövqelərimizin atəşə tutulması xəbəri ilə bağlı MN-dən - Açıqlama
    • 21-09-2022, 22:04
    • 353

Mövqelərimizin atəşə tutulması xəbəri ilə bağlı MN-dən - Açıqlama

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.

Bu barədə News24.az Müdafiə Nazirliyindən bildirilib.

"Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - nazirlikdən əlavə edilib.