Bakıda polis o qızı axtarır
    • 22-09-2022, 15:08
    • 272

Bakıda polis o qızı axtarır

Bakıda 17 yaşlı qız itkin düşüb.

News24.az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinə müraciət edən vətəndaş 2005-ci il təvəllüdlü qızı Billurə Şirinovanın sentyabrın 20-dən evdən getdiyini və bir daha geri qayıtmadığını bildirib.

O, qızından həmin gün saat 15:30-dan sonra xəbər ala bilmədiklərini deyib.

17 yaşlı qızın fotoları polisə təqdim edilib və onun axtarışlarına başlanılıb.