-
- 23-09-2022, 11:16
- 1 734
Şahlar Əsgərov OD PÜSKÜRDÜ: “Məktəb direktorunun kabinetində kassa varsa...”
“Təhsildə baş verən hər bir hadisəyə Təhsil Nazirliyi cavab verməlidir. Təhsil Nazirliyinin bu məsələdə gücü yetərsizdirsə, ölkə başçısından o gücü almalıdır”.
Bunu News24.az-a müsahibəsində Təhsil Nazirliyi yanında İctimai Şuranın sabiq sədri, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov deyib.
Müsahibəni təqdim edirik:
- Şahlar müəllim, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı bizə şikayətlər daxil olur. Bir çox müəllim hesab edir ki, bu məsələ baş qatmaq və pul qazanmaqdan başqa bir şey deyil. Bəs, sizcə, müəllimlərin sertifikasiyası uğurlu addımdır?
- Azərbaycanda imtahan götürməyə çox böyük istək var. Bu tendensiyadan imtina etmək lazımdır. Qüsur varsa, bir imtahanla yox, üç-beş il ərzində iş apararaq problemləri aradan qaldırmaq lazımdır. Müəllimləri təkmilləşdirmə institutuna göndərmək olar. Sertifikasiyanı isə mükafat kimi təqdim etmək olar. Məsələn, kim imtahandan keçsə, maaşı 20 faiz artacaq. Ancaq bu imtahan məcburi yox, könüllü olmalıdır. Kim istəyirsə, o da imtahan verməlidir.
- Kurikulum sistemi bizə nə verdi?
- Kurikulum sistemi pis deyil. Kurikulum bizi beynəlxalq təhsil sisteminə qovuşdurur. Məsələ burasındadır ki, o sistem yaxşı dərk olunmamış bizə tətbiq olundu. Ona görə də belə axsamalar var. Bizim məktəblərdə dəyərləri yaratmağa çalışırlar. Orta məktəb və ya şagird dəyər yarada bilməz. Dəyərləri adlı-sanlı yazıçılar, şairlər, alimlər yaradır. Orta məktəblərdə milli dəyərləri öyrədə bilsək, bugünkü şagirdlər sabah məmur olanda öz kabinetlərində qeyri-etik işlərlə məşğul olmayacaqlar, xalqa xidmət edəcəklər.
- “Kölgə təhsili”ndən necə qurtula bilərik? Ümumiyyətlə, şagirdlərin məktəbdə yox, repetitor yanında dərsi mənimsəməsini necə qiymətləndirirsiniz?
- Repetitor sistemi təhsilə arxadan vurulan zərbədir. 10-11-ci siniflər demək olar ki, bağlanıb. Şagirdlər repetitor yanına getdikləri üçün dərslərdən yayınırlar. Bu, dövlətin ayırdığı büdcəni sıfıra endirməkdir. Dövlət büdcəsinin 25 faizi təhsilə ayrılır. Çox böyük rəqəmdir. Repetitor sistemi dövlət büdcəsini yox etmək üçün düşünülüb. Bu məsələ ilə ciddi mübarizə aparmalıyıq. Elə üsullarla direktor seçmək lazımdır ki, onun şəxsi yox, ictimai mənafeyi olsun.
- Şahlar müəllim, tanınmış bir təhsil mütəxəssisi kimi fikirləriniz maraqlıdır, Azərbaycan təhsilində nələrin dəyişməsini istərdiniz?
- Dərs vəsaitləri çox sanballı şəxslər tərəfindən yazılmalıdır. Bəzən eşidirəm, Təhsil ekspertləri deyir ki, burada nazirliyin bir günahı yoxdur, nəşriyyat günahkardır. Xeyr, bu, düzgün yanaşma deyil. Təhsil siyasəti yüz faiz Təhsil Nazirliyinə tabe olmalıdır.
Təhsildə baş verən hər bir hadisəyə Təhsil Nazirliyi cavab verməlidir. Təhsil Nazirliyinin bu məsələdə gücü yetərsizdirsə, ölkə başçısından o gücü almalıdır. Hansısa mənbəyi məlum olmayan nəşriyyat kitab yazmalı deyil, nazirlik bu işi üzərinə götürməlidir. Elmlər və milli dərsliklərlə bağlı dərs vəsaitlərini azərbaycanlılar yazmalıdır. Ancaq hökm deyil ki, bəşəri elmlərlə bağlı olan Fizikanı və ya Riyaziyyatı da azərbaycanlılar yazsın. Onlar onsuz da yaza bilməzlər. Bəzi dərslərikləri tərcümə etsək, yaxşı olar. Azərbaycanda da belə bir təcrübə gedir. Bizim Təhsil Nazirliyimiz səhv etmirəmsə, Sinqapur təhsilini prioritet götürüb. Bundan əlavə, direktorları günün tələbinə uyğun seçmək lazımdır, kiminsə qohumu və ya hansısa partiyanın üzvü olduğu üçün yox. Direktor millətə qulluq etməlidir. Direktorun kabinetində seyf varsa, deməli, şəxsi mənafeyi yüksəkdir.
- Təhsillə bağlı qurumların sayının çox olması inkişafa töhfə verir, yoxsa zərər?
- Qurumların sayının çox olması təhsili ləngidir. Təhsil bir əldə cəmlənməlidir. Digərləri onun hissələri olmalıdır. Təhsillə bağlı bütün qurumlara müstəqillik verilsə, hər zaman onlar bir-biri ilə vuruşacaq. Belə olan halda hər bir qurum özünün böyük olduğunu cəmiyyətə, dövlət başçısına sübut etməyə çalışacaq.
Müəllif: Məhərrəm Əliyev
Foto/Video: Nicat Niftəliyev