ETSN: "Xəzər dənizində adi çəki balıqları azalıb"
    • 23-09-2022, 11:43
    • 328

ETSN: "Xəzər dənizində adi çəki balıqları azalıb"

Xəzər dənizində balıq və digər su bioloji resurslarının mövcud  vəziyyəti, gələcək dinamikası, növbəti il üçün balıq ovunun kvota proqnozlarını müəyyən etmək məqsədilə hər il kompleks ekoloji monitorinqlər keçirilir. 

News24.az-a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov bildirib ki, Xəzər dənizinin bioloji resurslarını və dəniz mühitini öyrənmək məqsədilə “Əlif Hacıyev” elmi-tədqiqat gəmisi ilə keçirilən son monitorinqlərin nəticələrinə görə, dənizdə siyənəklərin və kefalların vəziyyətinin qənaətbəxş olduğu, adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı balıqlarının isə azaldığı müşahidə edilib.

“Ölkəmizdə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə hər il təbii su hövzələrinə ETSN-in balıqartırma müəssisələrində yetişdirilən balıq körpələrinin buraxılışı həyata keçirilir”.