Polisə müraciət edən 23 yaşlı qız: "Mənimlə zorla cinsi əlaqədə oldu"
    • 26-09-2022, 14:50
    • 584

Polisə müraciət edən 23 yaşlı qız: "Mənimlə zorla cinsi əlaqədə oldu"

Sumqayıtda 23 yaşlı qız polisə müraciət edərək, cinsi təcavüzə məruz qaldığını bildirib.

News24.az-ın əldə etdiyi məlumata görə, şikayət sentyabrın 24-də qeydə alınıb. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edən 1999-cu il təvəllüdlü S. Nəzərova (ad şərtidir) Şükür adlı şəxsin ona təcavüz etdiyini deyib.

O qeyd edib ki, hadisə sentyabrın 22-də baş verib. Həmin gün onlar Sumqayıtdakı evlərdən birində görüşüblər və bu zaman Şükür zor tətbiq edərək onunla zorla cinsi əlaqədə olub.

Aparılmış ilkin araşdırmalardan sonra barəsində şikayət edilmiş şəxsin 1993-cü il təvəllüdlü Şükür S. olduğu müəyyən edilib.

Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırmalar davam etdirilir.