-
- 6-02-2020, 18:11
- 1 459
Azərbaycanda qadını zorlayan İldırım məhkəmə qarşısına çıxarılır
Qadını zorlamaqda təqsirli bilinən İldırım İsmanov barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, İ.Osmanov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci, yəni, zorlama - zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma maddəsi ilə açılan işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmə prosesi Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, İldırım Osmanov həmyerlisi G.Orucovaya hücum edərək onunla zorla cinsi əlaqədə olub. Qadın polisə şikayət edəndən sonra o, saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.