Pakistanda musson yağışları səbəbindən ölənlərin sayı 1638-ə çatdı
    • 26-09-2022, 20:11
    • 302

Pakistanda musson yağışları səbəbindən ölənlərin sayı 1638-ə çatdı

Pakistanda iyunun 14-dən etibarən davam edən yağışlar nəticəsində 588-i uşaq, 332-si qadın olmaqla, ümumilikdə 1638 nəfər ölüb, 12 min 865 nəfər yaralanıb.

News24.az xəbər verir ki, yağışlar nəticəsində 2 milyon 49 min 482 evə ziyan dəyib, onlardan 824 min 169-u tamamilə dağılıb.

Yağışlar ümumilikdə 13 min 74 kilometr yolu və 392 körpünü yararsız hala salıb, 1 milyon 103 min 800 təsərrüfat heyvanı tələf olub, 33,4 milyon insan zərər çəkib.