-
- 26-08-2022, 22:25
- 438
Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən daşqınlarla əlaqədar bu ölkəyə başsağlığı verib.
Bu barədə News24.az-a Azərbaycan XİN-in tviter səhifəsində istinadən xəbər verir.
“Qardaş Pakistanda baş verən daşqınlarla bağlı xəbərdən dərin kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Biz qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik”, - başsağlığıda deyilir.
Son məlumata görə, Pakistanda leysan yağışlar 900-dən çox insanın həyatına son qoyub. Ölənlər arasında 300-dən çox uşaq, 200-dən çox qadın var.
Ətraflı
Təbii fəlakət zamanı 1 343 nəfər xəsarət alıb. Yerli mətbuatın məlumatına görə, təbii fəlakətdən ümumilikdə 33 milyona yaxın insan zərər çəkib 39 mindən çox ev tamamilə dağılıb. Daşqınlardan ümumilikdə 670 minə yaxın ev ziyan çəkib.
Hökumətin yardım və reabilitasiya səyləri üçün yüz milyardlarla rupiyə ehtiyacı var. İyun-sentyabr aylarında Cənubi Asiyada mövcud olan musson yağışlar hər il təbii fəlakətlərə çevrilir.