Azərbaycanın Avroviziyadan imtina səbəbi…
    • 27-09-2022, 10:32
    • 639

Azərbaycanın Avroviziyadan imtina səbəbi…

İctimai TV Azərbaycanın Uşaq Avroviziya mahnı müsabiqəsindən geri çəkilmə səbəbi barədə açıqlama verib.

News24.az Olay-a istinadən xəbər verir ki, kanalın mətbuat xidmətindən “12xal”a bildirilib ki,  Azərbaycan Uşaq sözügedən yarışmada hər il iştirak etmir:

“Builki Uşaq Avroviziya müsabiqəsi üçün seçim turu keçirilməyib. Məsələn, ötən il “Səs Azərbaycan” musiqi yarışının qalibi ölkəmizi təmsil etmişdi. Amma bu il o müsabiqə olmadı. Və bundan başqa, potensial namizədlər barədə bizə heç bir müraciət daxil olmayıb. Ona görə də ölkəmiz bu il Uşaq Avroviziyasında iştirak etməyəcək”.