Yeni qərardan sonra müğənninin taleyi necə olacaq? - AÇIQLAMA
    • 20-03-2020, 15:50
    • 1 122

Yeni qərardan sonra müğənninin taleyi necə olacaq? - AÇIQLAMA

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb.
 
News24.az xəbər verir ki, 2021-ci ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Efendi təmsil edəcək.
 
Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.
 
Xatırladaq ki, Efendi "Avroviziya-2020" milli seçim turunun qalibi olub. Daha öncə o, "Yeni ulduz" və "Səs Azərbaycan" (3-cü yer) kimi məşhur musiqi layihələrində iştirak edib. 2017-ci ildə Almatda "İpək Yolu Star" (3-cü yer) beynəlxalq vokal televiziya layihəsində iştirak edib, 2019-cu ildə isə Azərbaycanı Nur-Sultan şəhərində keçirilən "Voice of Nur-Sultan" Beynəlxalq musiqi festivalında uğurla təmsil edib.

Sevda Bayramova