"Gilavar" qrupunun üzvü qızı Nazlı üçün təmtəraqlı ad günü keçirib - FOTO
    • 4-01-2019, 15:06
    • 2 922

"Gilavar" qrupunun üzvü qızı Nazlı üçün təmtəraqlı ad günü keçirib - FOTO

"Gilavar" qrupunun solisti Elçin Mirzəyevin ailəsində şad gün qeyd edilib.

Müğənninin qızı Nazlının 1 yaşı tamam olub. Bu münasibətlə məclis düzənlənib. Balaca Nazlı ata-anasının müşayiəti ilə Abbas Bağırovun "Nazlı" mahnısının sədaları altında məclisə daxil olub. Doğmaların və dostların toplaşdığı məclisdə "Gilavar" qrupunun digər üzvləri Məzahir Arif və Elşad Həsənov da iştirak edərək, mahnı töhfələri ilə Nazlını təbrik ediblər. Məclisi İbrahim Azəri idarə edib.

Elçin ilk gözağrısı Nazlı haqda düşüncələrini bölüşüb:

"Çox valideyin istəyir ki, ilk övladı oğlan olsun. Amma mənim üçün ilk övladımın qız olması daha da qürurvericidir. Övlad Allahın bəxş etdiyi ən şirin paydır. Nazlı da mənim Allahdan ən böyük şirin pay, hədiyyəmdir. O, mənim üçün sonsuz sevgi və dəyərli varlıqdır! Ad günün mübarək, atasının qızı"!

News24.Az