Rusiya miqrantlar vasitəsilə ölkələrə CASUSLAR YERLƏŞDİRƏCƏK – Natiq Miridən SENSASİON AÇIQLAMA
    • 28-09-2022, 15:40
    • 485

Rusiya miqrantlar vasitəsilə ölkələrə CASUSLAR YERLƏŞDİRƏCƏK – Natiq Miridən SENSASİON AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərlik qərarından sonra qonşu ölkədə yaşayan azərbaycanlılar və rusların ölkəmizə axını müzakirələrə səbəb olub.

Bəs, bu axın hansı narahatlıqları yaradır və çıxış yolu nədir?

News24.az-ın əməkdaşı məsələ ilə bağlı politoloq Natiq Miri ilə həmsöhbət olub. 

O, saytımıza açıqlamasında bildirib ki, bu axın təkcə Azərbaycan yox, rusların miqrasiya etdiyi bütün ölkələrdə problemlər yaradacaq: “Müəyyən müddətdən sonra bu şəxslərin pulu bitəcək və işləmək məcburiyyətində qalacaqlar. Bu isə həmin ölkələrdə işlə bağlı problemlər yaradacaq. İşsizlik bütün dünyanın qlobal probleminə çevrilib. Rusiyada elan olunan qismən səfərbərlikdən yayınmaq istəyən rus vətəndaşları ilə yanaşı, ölkəni məcburiyyətdən tərk etmək istəyən onminlərlə azərbaycanlılar var. Onların da Azərbaycana gəlməsi sosial problemləri medyana çıxaracaq. Xüsusilə, iş tapmaqla bağlı narahatlıqları qeyd edə bilərik. Bir müddətdən sonra bu nüans daxildə etirazlar yarada bilər”. 

Natiq Miri qeyd edib ki, Rusların miqrasiyasından Kremlin xidmət orqanları çox məharətlə istifadə edir: “Bu insanlar vasitəsilə ölkələrə özlərinin casus şəbəkəsini yerləşdirirlər ki, öz məqsədlərinə daha tez çata bilsinlər. İnformasiya texnologiyaları sahəsində Rusiyada ciddi mütəxəssislər var. Bu insanlar həmin ölkələrdə çox sayda təhlükəsizlik informasiyalarına giriş əldə edə bilərlər. Bu isə ölkələrin təhlükəsizlik məsələsini təhdid edən məsələdir. Rusların hansısa ölkədə yaşaması həmin ölkə üçün birbaşa təhlükədir. Məsələn, Ukraynanın ruslar yaşayan ərazilərində Rusiya saxta referendumlar keçirərək, sonradan həmin əraziləri ilhaq edir”. 

Ekspert təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayıb: “Miqrantları uzun müddət saxlamaq olmaz. Qanunvericilik çərçivəsində həmin şəxslər turist kimi müvəqqəti qeydiyyata alınmalı və müəyyən müddətdən sonra ölkədən çıxarılmaları təmin edilməlidir”.